567 və 592 nömrəli müntəzəm marşrutlar nağdsız ödəniş sisteminə keçdi.

Sərnişinlərin nəzərinə!

AYNA tərəfindən sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir. 19.11.2023-cü il tarixindən Qobu qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 567 və Xırdalan şəhərini Görədil qəsəbəsi ilə əlaqələndirən 592 nömrəli müntəzəm marşrutlar nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.

https://www.ayna.gov.az/news/405
News Image

Sual və rəyləriniz üçün bizə yazın